Labrador retriver

Labrador retriver
ing. Labrador Retriever
Qısa adı Lab, Labrador
Mənşəyi
Ölkə Kanada Kanada[1]
Xarakteristikaları
Boyu
erkəklər56-57 sm
dişilər54-56 sm
Çəkisi
erkəklər27-40 kq
dişilər27-35 kq
Tükü Hamar, qısa, sıx və düz
Rəngi Qara və ya sarı
Balalaması 5-10 bala (ortalama: 7.6)[2]
Ömrü 12-13 il[3]
BKF təsnifatı
Qrupu 8
Seksiyası 1
Nömrəsi 122
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Labrador retriver

Labrador retriver ən məşhur it cinslərindən biri sayılır. İlk əvvəl bu itlərdən işçi it qismində istifadə olunduğundan buna görə onların əksəriyyəti bələdçi itlər, xilasedici itlər kimi istifadə olunur. Bu it cinsi öz adını Kanadanın şərq sahillərində yerləşən Nyufaundlend adasından almışdır.

Aparılan tədqiqatların nəticələri "Labrador" cinsinin adının mənşəyi haqqında üç versiyanın olduğunu göstərmişdir. İlk labradorlar tamamilə qara rəngdə olduğundan " labradorit" mineral daşının rəngini xatırlatmışdılar. Ola bilsin ki bu daşın şərəfinə labradorlar öz adını almışdılar. İkinci versiyada isə bildirilir ki, labradorların əcdadları Labrador yarımadasına gətirilmişdir. Üçüncü versiya odur ki, onların yüksək işləmək qabiliyyəti görən portuqallar onlara portuqal dilindən tərcümədə "zəhmətkeş" mənasını verən labrador sözü ilə adlandırmışdılar.

  1. Club, American Kennel. "Labrador Retriever History & Training/Temperament". 2018-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-06.
  2. "Litter Size in Dogs". Crown Partners Scientific Library. Royal Canin. 2010. 23 oktyabr 2012 tarixində arxivləşdirilib.
  3. Cassidy, Kelly M. "Breed Weight and Lifespan". Dog Longevity. 1 fevral 2008. 2007-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2017.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy